Vyana, 12 mart, ARHD.AZ



Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi BMTNCİ ilə müzakirə olunub


Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BMT-nin Vyana bölməsinin baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüş zamanı qlobal səviyyədə narkotiklər probleminə qarşı mübarizə sahəsində BMTNCİ-nin rolu və mandatının əhəmiyyəti, eləcə də Narkotik Vasitələr üzrə Komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb.

Bundan başqa, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gömrük orqanlarının xüsusi rolu vurğulanıb, gömrük orqanlarının bu sahədə imkanlarının gücləndirilməsi işində BMTNCİ-nin proqram və alətlərindən istifadənin genişləndirilməsi məsələləri müzakirə olunub.

Baxış sayı: 6 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə