Azərbaycan Avrasiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələsini nəzərdən keçirəcək

Bakı, 12 mart, ARHD.AZ



Azərbaycan Avrasiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələsini nəzərdən keçirəcək


Maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüş zamanı N.Podquzov bankın yaradılması, fəaliyyəti, hazırkı üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşdə bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 312

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə