Azərbaycan kosmik təcrübəsini Macarıstanla bölüşüb

Bakı, 7 mart, ARHD.AZ



Azərbaycan kosmik təcrübəsini Macarıstanla bölüşüb


Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Təlim və Konsultasiya” proqramının çərçivəsində Macarıstanda təlim keçirilib.

ARHD.AZ qurumun məlumatına istinadla xəbər verir ki, “Peyk İdarəetmə və Yerüstü Sistemlər” (Satellite Control & Ground Systems) adlı təlim Budapeşt şəhərində baş tutub.

Tədbir “4iG Space & Defence Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub, onun tabeliyində olan “Hungaro DigiTel” və “Remred” şirkətlərinin mühəndis və rəhbər şəxslərini bir araya gətirərək onlara dəyərli bilik və təcrübə qazandırıb.

“Azərkosmos” bu təlimin keçirilməsi ilə təlim və konsultasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da gücləndirir və kosmos sahəsindəki təcrübələrini xarici tərəfdaşlarla bölüşməyə davam edir.

“Azərkosmos”un “Təlim və Konsultasiya” proqramına Yerin Müşahidəsi və CİS Həlləri, Radiotezliklərin İdarəedilməsi, Strategiya Konsultasiyası və Peyk rabitələri kimi kurslar da daxildir.

Baxış sayı: 4 113

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə