Alparslan Bayraktar: Türkiyə və Azərbaycan ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir

Bakı, 6 mart, ARHD.AZ



Alparslan Bayraktar: Türkiyə və Azərbaycan ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir


Enerji sektorunda atdığımız bu addım, sadəcə, infrastruktur layihəsi deyil, “İki dövlət, bir millət” anlayışının ən bariz nümunəsidir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi nəhəng layihələrə imza ataraq qlobal enerji təhlükəsizliyinə töhfə verən Türkiyə və Azərbaycan bu gün Naxçıvana təbii qazı fasiləsiz çatdıraraq ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan qardaşlığının yeni simvolu olan boru kəməri BOTAŞ və SOCAR-ın iş birliyi ilə inşa edilib və 2 milyon kubmetr qaz nəql etmək imkanına malikdir.

Baxış sayı: 4 542

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə