AZAL Naxçıvan istiqamətində biletləri öncədən almağı tövsiyə edir

Bakı, 6 mart, ARHD.AZ



AZAL Naxçıvan istiqamətində biletləri öncədən almağı tövsiyə edir


Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) ARHD.AZ-a bildirilib ki, buna görə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

“Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür. Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq”, - deyə AZAL-ın məlumatında bildirilir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Baxış sayı: 4 242

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə