Nazir: İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni keçidi təmsil edir

Bakı, 6 mart, ARHD.AZ


Nazir: İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni keçidi təmsil edir


İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında enerji tərəfdaşlığına yeni keçidi təmsil edir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“Dövlət başçılarının iştirakı ilə daha bir tarixi əhəmiyyətə malik layihə olan Azərbaycan və Türkiyə arasında əbədi dostluq, qardaşlıq və sarsılmaz birliyin rəmzi - İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub. İğdır-Naxçıvan qaz kəməri Naxçıvandan keçir, Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni keçidi təmsil edir. İğdırdan Naxçıvana ildə 730 milyon kubmetrədək qaz nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da artıracaq", - deyə nazir vurğulayıb.

Baxış sayı: 6 026

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə