Azərbaycan və Türkiyənin energetika nazirləri İqdırda görüşüb

Bakı, 5 mart, ARHD.AZ



Azərbaycan və Türkiyənin energetika nazirləri İqdırda görüşüb


Bu gün İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan energetika naziri Pərviz Şahbazov Türkiyəyə səfər edib.

ARHD.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pərviz Şahbazov qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə İqdır şəhərində görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Nəzərə çatdıraq ki, 2023-cü ilin sentyabrında İqdır-Naxçıvan qaz kəmərinin təməli Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bu gün hər iki dost və qardaş ölkənin prezidentləri tərəfindən boru kəmərinin istismara verilməsi mərasimi keçiriləcək.

Baxış sayı: 5 050

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə