Qazaxıstan taxılı Azərbaycan bazarında mövqeyini möhkəmləndirir

Astana, 20 fevral, ARHD.AZ


Qazaxıstan taxılı Azərbaycan bazarında mövqeyini möhkəmləndirir


2024-cü ilin sentyabrından 2025-ci il fevralın 16-dək olan dövrdə Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə (2023-cü ilin sentyabrı - 2024-cü il fevralın 16-sı) 79 dəfə artaraq 319 min tona çatıb.

ARHD.AZ bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycana və digər ölkələrə tədarükün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 48,3 faiz təşkil edib, ümumilikdə isə 5,3 milyon tona çatıb.

Ötən ilin yekunlarına görə, 10,6 milyon ton taxıl daşınıb, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində istehlaka, 8,1 milyon tonu isə ixraca yönəldilib.

Baxış sayı: 6 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə