Türkiyənin beş türk ölkəsinə mal və məhsul ixracının həcmi 11 milyard dolları ötüb

Ankara, 19 fevral, ARHD.AZ


Türkiyənin beş türk ölkəsinə mal və məhsul ixracının həcmi 11 milyard dolları ötüb


Son 4 il ərzində Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ümumi ixracı 2 dəfə artaraq 11 milyard dolları ötüb.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyə Statistika Qurumunun (TÜİK) çərşənbə günü, fevralın 19-da yerli mediada dərc olunmuş məlumatı göstərir.

TÜİK-in hesablamalarına görə, əgər 2020-ci ilin sonunda Türkiyənin beş türk dövlətinə ixracı 5,4 milyard dollar təşkil edirdisə, il ərzində tədarükün həcmi 7,2 milyard dollara yüksəlib. “2022-ci ildə türk dövlətlərinə ixrac 8 milyard dollara, 2023-cü ildə isə 9,9 milyard dollara çatıb. Nəhayət, ötən ilin yekunlarına görə, rekord həcmdə – 11,1 milyard dollaradək artım qeydə alınıb”, - deyə qardaş ölkənin statistika idarəsindən bildirilib.

Qazaxıstan 2024-cü ildə Türkiyə məhsullarının alış həcminə (3,3 milyard dollar) görə beş ölkə arasında lider olub.

Daha sonra Azərbaycan (3,1 milyard dollar), Özbəkistan (2,2 milyard dollar), Qırğızıstan (1,4 milyard dollar) və Türkmənistan (1,1 milyard dollar) gəlir.

Ötən il Türkiyənin beş türk dövlə

Baxış sayı: 6 758

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə