Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək

Qahirə, 18 fevral, ARHD.AZ


Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək


Fevralın 26-dan 27-dək BƏƏ-nin paytaxtı Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək.

ARHD.AZ  Ərəb Palataları Birliyinin saytına istinadla xəbər verir ki, Ərəb Ölkələri Liqası, BƏƏ-nin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutacaq konfransda bir sıra iştirakçı ölkələrin iqtisadiyyatla bağlı nazirləri, ərəb təşkilatlarının rəhbərləri və digər nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirin ilkin proqramına görə, konfrans çərçivəsində dəyirmi masaların və görüşlərin təşkil olunacağı gözlənilir.

Saytın məlumatına görə, konfrans Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında qəbul edilən Doha Bəyannaməsindən irəli gələrək, Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor müəssisələri və biznesmenlər arasında ciddi və səmərəli əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədi güdür.

Baxış sayı: 3 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə