Misli Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.


“ARHD.AZ” PFL-ə istinadən xəbər verir ki, bu, ötən gün baş tutan “Qarabağ” - “Sabah” matçında baş verib.


Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.


Xatırladaq ki, buna qədər mövsümün rekordu 12-ci turda - “Sumqayıt” - “Qarabağ” (2:4) matçında qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləmişdi.

 

Baxış sayı: 2 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə