Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin son oyununda doğma meydanda Fransa yığması ilə üz-üzə gələcək.


ARHD.AZ  xəbər verir ki, görüş saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitaliys Spasennikovs yerinə yetirəcək.


VAR-da Kley Ruperti, AVAR-da isə onun həmyerlisi Kristaps Ratnieks yer alacaq.


Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə Fransa seçməsinə 0:3 hesabı ilə məğlub olmuşdu.


16 noyabr


DÇ-2026 seçmə mərhələsi


Saat 21:00, Azərbaycan - Fransa.

Baxış sayı: 2 775

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə