Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb

Göygöl, 29 sentyabr, ARHD.AZ




Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb


Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.

ARHD.AZ xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III MDB Oyunlarında qazandığı ilk qızıl medal olub.

Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Baxış sayı: 7 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə