Azərbaycan güləşçiləri bu il Avropa çempionatlarında 73 medal qazanıblar

Bakı, 31 iyul, ARHD.AZ




Azərbaycan güləşçiləri bu il Avropa çempionatlarında 73 medal qazanıblar


Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.

Azərbaycan Güləş Federasiyasından ARHD.AZ -a bildirilib ki, onlar müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.

Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.

Baxış sayı: 7 715

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə