Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib

Bakı, 15 iyul, ARHD.AZ



Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib


Həndbol üzrə Avropa Kuboku turnirində iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

ARHD.AZ xəbər verir ki, qadınların yarışında Azərbaycan çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq.

Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komandamız mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.

Baxış sayı: 3 653

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə