Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb

Bakı, 18 iyun, ARHD.AZ




Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb


Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə “Times Higher Education Impact Rankings 2025” beynəlxalq reytinq cədvəlində yer alıb.

ASA-dan ARHD.AZ-a verilən məlumata görə, reytinqdə ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətləri qiymətləndirilir.

Akademiya “Səhiyyə və rifah” kateqoriyasında 801–1000, “Bərabərsizliyin azaldılması” üzrə isə 1001+ aralığında reytinqə daxil olaraq bu istiqamətlərdə fəaliyyətini nümayiş etdirib. ASA ölkə üzrə bu reytinqdə təmsil olunan 25 ali təhsil müəssisəsi arasında 9-cu, dünya üzrə isə 1501+ yerdə qərarlaşıb.

ASA “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətləri üzrə də müvafiq olaraq 1501+ aralığında bu sahələrdə də öz mövcudluğunu təsdiqləyib.

Qeyd edək ki, “Times Higher Education Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini ölçən qlobal reytinq sistemidir.

Baxış sayı: 6 482

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə