Bakı, 14 may, ARHD.AZ


Basketbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi olub.

ARHD.AZ xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə ardıcıl üçüncü dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.

İkinci yeri tutmuş "Neftçi"yə gümüş mükafatlar verilib.

Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, vitse-prezident Fərrux Mahmudov və idman direktoru Turqay Zeytingöz təqdim ediblər.

Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Baxış sayı: 4 507

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə