Bakı, 26 aprel, ARHD.AZ



Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.

Azərbaycan Badminton Federasiyasından ARHD.AZ-a verilən məlumata görə, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasa ABF-nin nümayəndə heyəti də dəvət olunub.

İllik yığıncaqda marketinq, kommunikasiya, maliyyə və sair komitələrin hesabatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, badminton idman növü dünyada uğur qazanmaqda davam edir. Belə ki, 2025-ci ildə yer kürəsində bu idman növünün pərəstişkarları (fan base) 744 milyon nəfər təşkil edir. 400 milyon insan badmintonla aktiv məşğul olur və hazırda raketka ilə dünyada oynanılan ən məşhur idman növüdür. Sosial mediada isə BWF 17 milyon insan tərəfindən izlənilməklə yanaşı FIFA, FIBA ilə bərabər ən çox izlənilən 10 federasiyasından biridir.

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.

BWF-in mövcud qaydalarına görə, 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər.

Tailand Badminton Federasiyasının prezidenti KhunyinqPatama Leesvadtrakul Dünya Badminton Federasiyasının Prezidenti seçilib. Qeyd edək ki, ABF son illərdə dünya reytinqində 85-ci yerdən 46-cı yerə yüksəlməyə müvəffəq olub və davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq badminton turnirlərinə ev sahibliyi edir.

2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) konqresi Bakıda keçirilib. Azərbaycan Badminton Federasiyası sosial məsuliyyət çərçivəsində BWF ilə 2023-cü ildə imzalanan razılaşmaya əsasən Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə dəstək məqsədilə Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarın badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə