Azərbaycan üzgüçüləri Çexiyadakı Qran-pridə 17 medal qazanıblar

Bakı, 14 aprel, ARHD.AZ




Azərbaycan üzgüçüləri Çexiyadakı Qran-pridə 17 medal qazanıblar


Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən dünya çempionatına lisenziya xarakterli Qran-pridə 17 medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyasından ARHD.AZ-a bildirilib ki, bunlardan 2-si qızıl, 8-i gümüş, 7-si isə bürünc mükafatdır.

Ramil Vəlizadə ilə Süleyman İsmayılzadə hərəyə 1 qızıl və 2 gümüş, Əbdürrəhman Rüstəmovla Fatimə Alkərəmova hərəyə 2 gümüş, 1 bürünc medala sahib çıxıblar. Oqtay Hüseynov 3, Səid Həmidov isə 3 növdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə 5 ölkə - Çexiya, Azərbaycan, Fransa, Polşa və Sloveniyadan 350-yə yaxın idmançı iştirak edib.

Baxış sayı: 4 356

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə