Ankara, 19 may, ARHD.AZ


Türkiyənin Adana və Kahramanmaraş şəhərlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbirlər keçiriləcək.

ARHD.AZ xəbər verir ki, ilk tədbir may 21-də Adana şəhərindəki Heydər Əliyev adına texniki-peşə liseyində baş tutacaq. Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq proqram çərçivəsində görkəmli dövlət xadiminə həsr edilmiş inşa və şeir müsabiqələrinin qalibləri mükafatlandırılacaq.

Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş digər tədbir isə mayın 23-də Kahramanmaraş şəhərindəki Azərbaycan məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəbdə keçiriləcək. Tədbirin təşkilatçısı yerli təhsil idarəsidir və onun çərçivəsində Heydər Əliyevə həsr olunmuş sərgilər nümayiş ediləcək.

Baxış sayı: 7 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə