ABŞ dövlət katibinin təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb

Bakı, 14 fevral, ARHD.AZ


ABŞ dövlət katibinin təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb


Münxendə keçirilən təhlükəsizlik konfransına yollanan ABŞ-ın dövlət katibi Marko Rubionun təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb.

ARHD.AZ xarici mediaya istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan “CBS News” telekanalının müxbiri Marqaret Brennanın sözlərinə görə, uçuşa təxminən 90 dəqiqə qalmış pilot kabinəsinin ön şüşəsində çat əmələ gəlib və nəticədə pilotlar aşağı hündürlükdə Endryus Hərbi Hava Qüvvələri bazasına geri uçmağa məcbur olublar.

Dövlət Departamentinin sözçüsü Temmi Bryus Rubionun Almaniyaya, oradan da Yaxın Şərqə ayrıca təyyarə ilə uçacağını bildirib.

“Münxen konfransında Rubionun ABŞ-ın vitse-prezidenti Ceyms Venslə birlikdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulurdu. Bununla belə, dövlət katibinin bu görüş üçün Münxenə gedə biləcəyi hələ məlum deyil”, -deyə “CBS News” qeyd edir.

Xatırladaq ki, fevralın 14-dən 16-dək Almaniyanın Münxen şəhərində Münhen Təhlükəsizlik Konfransı (MSC) keçiriləcək.

Baxış sayı: 4 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə