Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva, hüquq-mühafizə orqanlarının dəyərli əməkdaşları və əziz Azərbaycan xalqı!

Müqəddəs Ramazanayının gəlişi münasibətilə Sizi həm öz adımdan, həm də ARHD.AZ İnformasiya Agentliyinin adından ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, firavanlıq, ruzi-bərəkət və uğurlar arzulayıram. Ramazan ayı insanları mərhəmətə, həmrəyliyə, paylaşmağa və mənəvi saflaşmaya səsləyən ən müqəddəs aylardan biridir. Bu mübarək ayın ölkəmizə sülh, əmin-amanlıq və daha böyük nailiyyətlər gətirməsini diləyirəm.

Bu gün Azərbaycan dövlətinin güclənməsi, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və cəmiyyətimizdə ədalət prinsiplərinin qorunması istiqamətində görülən işlər hər birimiz üçün qürur mənbəyidir. Xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində ölkəmizin bundan sonra da davamlı inkişaf edəcəyinə, yeni uğurlara imza atacağına inamımız tamdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayır, onların ölkəmizdə sabitliyin və qanunun aliliyinin qorunmasında göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndirirəm. Əziz xalqımıza isə daim rifah, əmin-amanlıq və tərəqqi arzulayıram. Qoy bu mübarək ay hər bir evə sevinc, ümid və xoşbəxtlik bəxş etsin, qəlbləri mərhəmət və xeyirxahlıqla doldursun.

BirdahaMüqəddəsRamazanayınıngəlişimünasibətiilə səmimiqəlbdəntəbrikedirəm! Allah yar və yardımçınız olsun!

 

Hörmətlə,

ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri,

Beynəlxalq hüquq eksperti,

Hüquq üzrə fəlsəfə doktoru

İsmayıl Zalov

Baxış sayı: 8 785

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə