Fevralın 15-də Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.


“ARHD.AZ” xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Prezidenti İlham Əliyevi qarşılayıb.


Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.


Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

 

Baxış sayı: 3 798

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə