Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.


ARHD.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.


Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.


Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.


Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Dövlət başçıları birgə foto çəkdiriblər.


10:05


Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.


ARHD.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

Baxış sayı: 3 878

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə