Arhd.az İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov Türkiyə Respublikasının İzmir şəhərində Avropa İnsan Hüquqları üzrə hüquqşünas, professor Mustafa Kıyıcık ilə rəsmi görüş keçirib.

Görüş zamanı insan hüquqları hüququ, Avropa və milli hüquq sistemlərinin müqayisəsi, Azərbaycan məhkəmə sisteminin effektiv fəaliyyəti, peşəkar vəkillərin hüquqi dövlət quruculuğundakı rolu, eləcə də Azərbaycan Respublikasında hüquqi dövlət prinsiplərinə əsaslanan idarəetmə modeli ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb.

Professor Mustafa Kıyıcık Arhd.az İnformasiya Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərək, agentliyin beynəlxalq informasiya mübadiləsi və hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi layihələri təqdir edib. O, Arhd.az kollektivi və agentliyin baş redaktoru Nuranə Axundovaya öz salam və dərin hörmətini ifadə edib.

Arhd.az İnformasiya Agentliyi ölkə daxilində və beynəlxalq platformalarda Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara peşəkarlıq, məsuliyyət və hüquqi prinsipiallıq əsasında xidmət etməyə davam edir.

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası – Kung-Fu Federasiyası

Görüş çərçivəsində professor Mustafa Kıyıcık Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasına – Kung-Fu Federasiyasına, onun rəhbərliyinə, idarə heyətinə, idmançılarına və bütövlükdə Kung-Fu ailəsinə səmimi salamlarını çatdırıb.

Federasiyanın idman sahəsindəki fəaliyyətini yüksək dəyərləndirən professor, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb, eyni zamanda ölkədə həyata keçirilən dövlət idman siyasətinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycana növbəti səfəri zamanı Kung-Fu Federasiyasının rəhbərliyi ilə görüş keçirməyi planlaşdırdığını bildirib və Federasiyanın fəaliyyətinə yeni uğurlar arzulayıb.

Baxış sayı: 6 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə