Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

Bakı, 11 fevral, ARHD.AZ


Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 1129 uşağa sosial xidmətlər göstərilir.

Agentliyin mətbuat xidmətindən ARHD.AZ -a bildirilib ki, onlardan 773 nəfəri stasionar, 356 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.

Bu xidmətlərə Agentliyin əlilliyi olan uşaqlar üçün və psixonevroloji sosial xidmət müəssisələrində, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə hər uşaqla bağlı fərdi inkişaf planı tərtib edilməklə sosial iş aparılır və sosial dəstək tədbirləri həyata keçirilir.

Baxış sayı: 4 332

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə