Venesuela hökuməti ABŞ-nin həyata keçirdiyi hərbi zərbələrə cavab olaraq ölkədə hərbi səfərbərlik elan edib.


ARHD.AZ  xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil-Pinto teleqram hesabında məlumat yayıb.


“Prezident Nikolas Maduro ABŞ-nin hərbi təcavüzünü qətiyyətlə pisləyib və milli müdafiə planlarının dərhal icra olunması barədə göstəriş verib. Dövlət başçısının imzaladığı fərmana əsasən ölkə boyu səfərbərlik elan olunub”, – deyə o bildirib.


Xatırladaq ki, bir qədər əvvəl ABŞ ordusunun Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat zamanı amerikalı hərbçilər arasında itki olmadığı barədə məlumatlar yayılmışdı. Bundan başqa, yayılan son məlumatlarda Birləşmiş Ştatların prezident Nikolas Maduro və xanımını ələ keçirdiyi qeyd olunub.

Baxış sayı: 2 572

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə