Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Ştatlarla münaqişənin eskalasiyası fonunda ABŞ Administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.


ARHD.AZ  xəbər verir ki, bu barədə məlumatı "Venezolana de Television" telekanalı yayıb.


"Yalnız diplomatiya və dialoq qarşılıqlı maraq doğuran mövzularda qarşılıqlı anlaşma əldə etməyə imkan verir", - deyə o, ABŞ lideri Donald Trampla mümkün danışıqlarla bağlı jurnalistin sualını cavablandırarkən bildirib.


Maduro Venesuelanın mövqeyinin 2025-ci il sentyabrın 6-da Trampa təqdim edilən məktubda göstərildiyini xatırladıb:


"Məktubda beynəlxalq hüquqa ciddi riayət olunması və güc tətbiqi təhdidlərinin yolverilməzliyi ilə bağlı dəyişməz, tarixi mövqe öz əksini tapıb. Kim ki, Venesuela ilə danışmaq istəyir, o, bunu üzbəüz etməlidir. Sülhə alternativ yoxdur. Dialoqu, sülhü dəstəkləyirik, müharibəyə "yox" deyirik".


Maduro bunun Venesuelanın sarsılmaz mövqeyi olduğunu qeyd edib.


Xatırladaq ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik maddələrin qaçaqmalçılığına qarşı yetərincə fəal mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində səkkiz gəmi, bir atom sualtı qayığı, 16 mindən çox hərbçi yerləşdirib və sentyabr ayından etibarən beynəlxalq sularda ən azından 20 sürətli qayıq məhv edib. Noyabrın 16-da Pentaqon "Gerald R. Ford" aviadaşıyıcısının başçılığı ilə ABŞ gəmilərinin zərbə qrupunun Karib dənizinə daxil olduğunu bildirib.


"The New York Times" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib. ABŞ KİV-ləri dəfələrlə məlumat verib ki, ABŞ yaxın vaxtlarda Venesueladakı narkokartellərin obyektlərinə zərbələr endirməyə başlaya bilər. Noyabrın 11-də Trampa Venesuelaya qarşı potensial əməliyyatların, o cümlədən yerüstü hədəflərə zərbələrin yenilənmiş planı təqdim edilib. ABŞ lideri bunları nəzərdən keçirdikdən sonra jurnalistlərə Vaşinqtonun Venesuelaya münasibətdə görməli olduğu tədbirlər barədə fikir formalaşdırdığını bildirib.


"Ola bilsin ki, bizim Maduro ilə müzakirəmiz olsun. Baxaq görək bunun nəticəsi nə olacaq", - deyə noyabrın 16-da Donald Tramp jurnalistlərlə söhbətində deyib.

Baxış sayı: 2 325

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə