Naxçıvan, 10 fevral, ARHD.AZ

Naxçıvan şəhərində çox sayda hərbi sursat tapılıb


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhərinin Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 76 ədəd 30 millimetrlik AQS, 36 ədəd 20 millimetrlik PK, 9 ədəd 30 millimetrlik 2A42 top, 9 ədəd 76 millimetrlik top mərmiləri, 1 ədəd AK-74 avtomat darağı, 10 ədəd qumbaraatan mərmisinin aparıcı qüvvəsi, 110 millimetrlik D-40 topun mərmisi, 2 ədəd Smerç raketinin stabilizator bloku olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Baxış sayı: 2 232

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]