
Növbəti KTMT sammitinin keçiriləcəyi yer və tarix açıqlanıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək.
ARHD.AZ -ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT-nin genişləndirilmiş iclasında məlumat verib.
"Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının 11 noyabr 2026-cı ildə Moskvada keçirilməsi barədə razılığa gəlinib", - deyə Putin bildirib.
O, Rusiyanın xarici qonaqları öz paytaxtında görməkdən məmnun olacağını qeyd edib və ölkənin bu il təşkilata sədrliyi çərçivəsində Qırğızıstana bütün lazımi yardım və dəstəyi göstərəcəyini vurğulayıb.
Vladimir Putin KTMT-ni Avrasiya regionunda təhlükəsizlik və sabitliyin etibarlı qarantı adlandırıb. Rusiya lideri vurğulayıb ki, Rusiyanın KTMT-nin müdafiə potensialının gücləndirilməsində müttəfiqləri ilə sıx əməkdaşlıq etməyə davam edəcək. Bundan əlavə, Rusiya prezidenti KTMT-ni nüfuzlu regional struktur adlandırıb.
12:17
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının məhdud tərkibdə iclası başlayıb.
Bu barədə ARHD.AZ vedomosti.ru-ya istinadən xəbər verir.
Məlumata görə, iclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.
İclas iştirakçıları ölkələrin birgə fəaliyyəti ilə bağlı cari məsələləri, xüsusən də narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.
Məhdud tərkibdə müzakirədən sonra dövlət başçıları danışıqları genişləndirilmiş formatda davam etdirəcəklər. İştirakçıların sessiyalararası dövrdə KTMT fəaliyyətinin nəticələrini nəzərdən keçirmələri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmələri gözlənilir.
Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Bunlar arasında KTMT-yə üzv dövlətlərin beynəlxalq və regional gündəmdəki əsas məsələlərə vahid yanaşmasını təsbit edəcək yekun bəyannamə də var.

























