2025-ci ilin 12–14 noyabr tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) 26-cı plenar iclası keçirilib. 

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov təmsil edib. 

Plenar iclas çərçivəsində üzv dövlətlərin nümayəndələri son bir ildə məhkəmə-hüquq sistemində baş verən dəyişikliklər, həyata keçirilən məhkəmə islahatları və məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat veriblər. 

Tədbir zamanı CCJE-nin “Ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlərin həyat və iş şəraitinin əhəmiyyəti” mövzusunda hazırladığı 28 saylı Rəyin (Opinion No. 28 (2025)) müzakirəsi və qəbul prosesi həyata keçirilib. Rəydə hakimlərin psixoloji və peşə rifahının məhkəmə fəaliyyətinin səmərəliliyinə təsiri xüsusi vurğulanıb. 

Çingiz Əsgərov plenar müzakirələrdə üzv dövlətlərin məhkəmə sistemlərindəki yeniliklərlə bağlı informasiya mübadiləsində iştirak edib. Ölkəmizin məhkəmə-hüquq sistemindəki son yeniliklər, o cümlədən məhkəmə sistemlərinin müstəqilliyi barədə çıxış edərək, tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində 2026-cı il üçün CCJE-nin prezidenti, vitse-prezidenti və Büro üzvləri seçilib. Avropa Hakimlərinin Məşvərət Şurası gələcək illər üçün fəaliyyət istiqamətlərini, işçi qrupların formalaşdırılması və yeni ekspertlərin təyinatı ilə bağlı məsələləri nəzərdən keçirib.

Baxış sayı: 5 228

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə