Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan türkiyəli hərbçilər bu gün dəfn olunacaqlar.


ARHD.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada şəhidlərlə vida mərasimi təşkil edilib. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, dövlət nümayəndələri, Türkiyə ordusunun komandanlığı iştirak edirlər.


Mərasimdən sonra qəzada həlak olan 19 hərbçinin cənazəsi dəfn olunmaları üçün öz məmləkətlərinə yola salınacaq. Yalnız şəhid pilot Gökhan Qorxmazın dəfn mərasimi sabah İstanbulda keçiriləcək.


Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Baxış sayı: 3 583

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə