Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130 hərbi" yük təyyarəsinin qara qutusu Türkiyə tərəfindən araşdırılacaq və ABŞ-yə göndərilməyəcək.


ARHD.AZ  "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.


Həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.


Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. Hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.


Daha ətraflı "Haber Global"ın süjetində:

Baxış sayı: 2 887

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə