
Gürcüstanda qəzaya uğrayan Türkiyənin "C-130" hərbi təyyarəsi heç bir fəlakət siqnalı vermədən radarlardan itib.
ARHD.AZ xəbər verir ki, bu məlumatı Gürcüstan Hava-Naviqasiya Xidməti ("Sakaeronaviqasiya") bildirib.
"Türkiyənin "C-130" təyyarəsi Gürcüstan ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra fəlakət siqnalı ötürmədən radarlardan itib, bundan sonra "Sakaeronaviqasiya" axtarış-xilasetmə əməliyyatlarına başlayıb", - bəyanatda deyilir.
17:11
Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.
ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə Siqnaxi bələdiyyəsində baş verib.
Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Həmin maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.
Qəzanın səbəbi və təyyarədəki hərbçilərin sayı barədə məlumat hələlik açıqlanmayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini açıqlayıb.






















