Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bu gün təşkil edilən hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin beş min nəfər şəxsi heyəti iştirak edib.


ARHD.AZ  xəbər verir ki, həmçinin parada Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti qatılıb.


Eyni zamanda, Azərbaycanın 50 aviasiya vasitəsi, beş Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də 12 gəmi paradda nümayiş üçün cəlb olunub.

Baxış sayı: 3 261

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə