Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstanda işgüzar səfərdədir. 


ARHD.AZ xəbər verir ki, səfər çərçivəsində Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.


İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.


 

Baxış sayı: 3 984

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə