ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə yenidən toxunub.


ARHD.AZ  xəbər verir ki, bu barədə o Cənubi Koreyada keçirdiyi brifinq zamanı söyləyib.


Tramp çıxışı zamanı iki ölkə arasında baş vermiş 38 illik müharibənin başa çatmasını “tarixi hadisə” adlandırıb:


“Vladimir Putin də bu məsələ ilə bağlı mənə zəng edərək təəccübləndiyini dedi. Bu müharibə 38 il davam etdi, milyonlarla insan həlak oldu, amma biz bu münaqişəni aradan qaldıra bildik. İki ölkə tədricən barışır, və mənim iştirakımla keçirilən görüşdən cəmi bir saat sonra onların bir-birini qucaqlaması heyrətamiz idi. Hər iki ölkənin liderləri dedi ki, siyasi karyeraları boyunca yalnız bir-birlərinə atəş açıblar”.


Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycanın dövlət başçıları ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.


Tərəflər həmçinin “Trampın Sülh və Firavanlıq Yolu” (TRIPP) adlı proqramın başlanğıcı barədə sənədlərə də imza atıblar.

Baxış sayı: 3 182

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə