Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Bakı, 8 fevral, ARHD.AZ
Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
Bu barədə ARHD.AZ-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.