"İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. Altısı şəhər olmaqla 28 yaşayış məntəqəsinə artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb".


ARHD.AZ  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 30-cu Xəzər İnşaat Həftəsində bildirib.


"Hazırda 50 mindən artıq əhali Qarabağda yaşayır, işləyir, təhsil alır. Azad edilmiş ərazilərimizdə mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, körpülər tikilir, mədəniyyət abidələri bərpa edilir", - o qeyd edib.


İ.İsbatov vurğulayıb ki, azad edilmiş ərazilərdə işlərin əksəriyyəti və əhəmiyyətli hissəsi məhz Azərbaycan inşaatçılarının, mühəndislərinin əməyi, zəhməti ilə həyata keçirilir:


"Eyni zamanda, orada istifadə olunan texnoloji avadanlıqların əhəmiyyətli hissəsi Azərbaycanda istehsal olunur.


Bundan əlavə, işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan edilib. Burada görülən işlər məhz bu çərçivədə aparılır".

Baxış sayı: 3 841

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə