Qahirə, 3 oktyabr, ARHD.AZ
Küveyt Neft Şirkəti JPMorgan bankını özünə məsləhətçi seçib
Küveyt Neft Şirkəti mülkiyyətində olan boru kəmərləri şəbəkəsinin bir hissəsinin icarəyə verilməsi prosesində JPMorgan bankının məsləhət xidmətlərindən yararlanmağı planlaşdırır.
ARHD.AZ “əl-Cəridə” qəzetinə istinadla xəbər verir ki, şirkət imzalayacağı müqavilə ilə öz investisiya planını maliyyələşdirmək üçün 7 milyard dollara qədər vəsait toplamağı hədəfləyir.





















