Ukrayna XIN: ABŞ-da şatdaun silah tədarükünə təsir etməyib

Bakı, 3 oktyabr, ARHD.AZ




Ukrayna XIN: ABŞ-da şatdaun silah tədarükünə təsir etməyib


ABŞ hökumətinin fəaliyyətini dayandırması (şatdaun) Ukraynaya Amerika silahlarının çatdırılmasını gecikdirməyib, eləcə də “dron sazişi” üzrə danışıqları pozmayıb.

ARHD.AZ xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar planlaşdırıldığı kimi gedir və silahlar göndərilməkdədir.

Bildirilir ki, oktyabrın 1-də Ukraynanın danışıqlar aparan nümayəndə heyəti “dron sazişi”ni müzakirə etmək üçün Vaşinqtona gəlib. Müqaviləyə əsasən, ABŞ və Ukrayna 50 milyard dollar dəyərində pilotsuz təyyarələrin birgə istehsalını planlaşdırır. Bəzi Qərb mediası planlaşdırılan görüşlərin şatdaun səbəbindən ləğv edildiyini yazıb. Amerika mediası isə şatdaunun Amerika silahlarının Kiyevə çatdırılmasında gecikmələrə səbəb ola biləcəyi barədə xəbərlər yayıb.

Baxış sayı: 8 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə