Medianın İnkişafı Agentliyi Azərbaycan vətəndaşlarına, jurnalistlərə və ictimai fəallara çağırış edib

Bakı, 21 iyul, ARHD.AZ




Medianın İnkişafı Agentliyi Azərbaycan vətəndaşlarına, jurnalistlərə və ictimai fəallara çağırış edib


Medianın İnkişafı Agentliyi sosial şəbəkə hesablarında paylaşılmış saxta informasiya ilə bağlı açıqlama yayıb.

ARHD.AZ açıqlamanı təqdim edir: “Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından guya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılmışdır.

Qeyd edirik ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

Baxış sayı: 6 784

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə