Bakı, 21 iyul, ARHD.AZ




Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

ARHD.AZ açıqlamanı təqdim edir: “Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

Baxış sayı: 6 681

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə