15 iyun Milli Qurtuluş günü-Tənəzzüldən yüksəlişə
1987-ci il. Bu tarix Azərbaycan tarixində önəmli tarixlərdən biridir. Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyev o vaxtkı SSRİ rəhbərliyi, xüsusilə onu gözü götürməyən Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa edir. Və onun Azərbaycanla bağlı yeni erası başlayır. Yolu uzun, çətin idi, amma xalqına sözlə ifadə edə bilməyəcəyim qədər olan sevgisi əslində bu yolu bir göz qırpınında həyata keçməsinə səbəb olmuşdur. Nankor düşmən isə pusquda imiş. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bi vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
Azərbaycan Milli Qurtuluş günü – Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olununan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.
Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1987-ci il. Bu tarix Azərbaycan tarixində önəmli tarixlərdən biridir. Belə ki xalqımızın ümummilli lideri Heydər Əliyev o vaxtkı SSRİ rəhbərliyi, xüsusilə onu gözü götürməyən Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa edir. Və onun Azərbaycanla bağlı yeni erası başlayır. Yolu uzun, çətin idi, amma xalqına sözlə ifadə edə bilməyəcəyim qədər olan sevgisi əslində bu yolu bir göz qırpınında həyata keçməsinə səbəb olmuşdur. Nankor düşmən isə pusquda imiş. Belə ki, onun istefasından cəmi bir neçə həftə sonra erməni şovinistləri SSRİ rəhbərliyi qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi üçün məsələ qaldırdılar. Sirr deyil ki, Heydər Əliyevin hakimiyyəti dövründə buna cəsarətləri çatmayan ermənilər onun istefasını gözləyirlərmiş. Bununla da xalqımızın müharibəli, işğallı, hətta qardaş qırğınlı günləri başlayır.
Müstəqilliyimizin ilk illərində AXC Müsavat cütlüyü vaxtı kreslo davası, xaos qarışıqlıq fonunda ön cəbhədəki məğlubiyyətlər seriyasını gətirdi. Bu azmış kimi müstəqilliyimiz üçün də böyük təhdidlər yaranırdı.
Bunları yaxından izləyən Ulu öndər 1990-ci il yanvar faciəsinə özünün və ailəsinin həyatı riskini belə gözə alaraq açıq və kəskin şəkildə tənqid etdikdən sonra Bakıya yollansa da, burada qalmasına icazə verilmədiyindən Naxçıvana gedir və əslində Azərbaycanın xilasını Naxçıvandan başlayır. 1991-ci ildə Naxçıvan MR Ali Məclisin sədri seçilir və AXC yadigarı şanlı bayrağımızı orada ucaldır. Naxçıvanı iqtisadi blokadadan çıxrmağı bacarır.
Ölkənin xilasının yalnız onun fövqündə olacağını görən 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsilə Ulu öndərə müraciət edirlər. Noyabrda Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir, proqramın nizamnaməsi qəbul edilir. Partiya sədri seçilən H.Əliyevin Azərbaycanda yeni erası başlayır.
Xalqın tələbini qəbul edəndən sonra ölkəni anarxiyadan, siyasi qarşıdurmadan və yox olmaq təhlükəsindən qurtarır. Tariximizə qızıl hərflərlə yazılan 15 iyun Millli Qurtuluş Günü- Ulu öndərin hakimiyyətə qayıdışının ilk addım səslərindən xəbər verirdi. O nəinki qardaş qirğının qarşısını aldı, müstəqilliyimizi qorudu, həmçinin Azərbaycanın adını böyük hərflərlə dünya ölkələri siyahısına yazdırdı.
İqtisadi, hərbi, siyasi sahələrdə böyük uğurlara imza atdı. İlk uğur xəbərləri cəbhədən gəldi. 1993- cü ilin dekabr 1994-cü il yanvar ayında ordumuz Horadiz, Füzuli istiqamətlərdə nailiyyıtlər qazandı. Atəşkəsin imzalanması və bunun ölkəmizin hər sahəsindəki inkişafına görə etdirildiyi sirr deyildi. Neft müqavilələrin imzalanması iqtisadi inkişafımızın təməli idi.
Biz artıq Şuşada Novruz tonqalı alovlandırırıq, Böyük Qayıdışımızı qeyd edirik!
Ruhunuz şad və firavan olsun Dahi Şəxsiyyət!!!