Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda 3 gümüş medal qazanıblar

Bakı, 2 iyun, ARHD.AZ



Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda 3 gümüş medal qazanıblar


Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.

Gimnastika Federasiyasından ARHD.AZ-a bildirilib ki, qarışıq cütlükdə Sabir Ağayev və Milana Əliyeva, kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş medala sahib çıxıblar.

Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu da eyni nəticəyə imza ataraq fəxri kürsünün ikinci pilləsində yer alıb.

Baxış sayı: 4 761

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə