Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakı, 18 mart, ARHD.AZ



Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən ARHD.AZ-a bildirilib ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.

Baxış sayı: 5 214

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə