Növbəti 3 gündə Bakıda arabir sulu qar, qar yağacaq- XƏBƏRDARLIQ

Bakı, 27 fevral, ARHD.AZ


Növbəti 3 gündə Bakıda arabir sulu qar, qar yağacaq- XƏBƏRDARLIQ


Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

ARHD.AZ-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidməti növbəti dəfə xəbərdarlıq edir ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.

Baxış sayı: 5 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə