“İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının İran ərazisinə zərbələr endirməsini gözləyir”. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti olan “Kan”ın müxbiri Gili Koen hökumətdəki mənbələrə istinadən məlumat yayıb.


“İsrail Səudiyyə Ərəbistanının İrana qarşı cavab tədbirləri görməsini gözləyir. Lakin İsrail rəsmiləri mənə bildiriblər ki, Ər-Riyad İranın təhdidləri səbəbindən addımları gecikdirir. Təl-Əvivin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı İranı öz suverenliyinə qəsd etdiyinə görə cəzalandırmaq niyyətindədir”, - Gili Koen bildirib. 


Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran qonşu ölkələrin ərazisinə, o cümlədən Səudiyyə Ərəbistanına hücumlar həyata keçirib. Bu hücumlar çərçivəsində ABŞ-nin Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib, həmçinin neft obyektlərinə zərbələr endirilib.

Baxış sayı: 2 995

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə