“ABŞ tükənməz silah ehtiyatlarına malikdir və onların köməyi ilə “əbədi” müharibələr apara bilər”.


“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.


“Birləşmiş Ştatların sursat ehtiyatları heç vaxt indiki qədər çox və yaxşı olmayıb... Bu gün mənə verilən məlumata görə, bizim demək olar ki, qeyri-məhdud silah ehtiyatımız var. Müharibələr yalnız bu ehtiyatlardan (bu ehtiyatlar digər ölkələrin ən keyfiyyətli silahlarından da yaxşıdır) istifadə etməklə “əbədi” və son dərəcə uğurlu şəkildə aparıla bilər”, - dövlət başçısı bildirib.


Xatırladaq ki, daha əvvəl CNN telekanalı Yaxın Şərqdə davam edən hərbi eskalasiya fonunda ABŞ-nin raket ehtiyatlarının azaldığı barədə xəbər vermişdi. Yüksəkvəzifəli amerikalı məmura istinadən verilən məlumata görə, ABŞ tərəfinin ən böyük narahatlığı yerüstü hədəflərə zərbələr üçün nəzərdə tutulan “Tomahawk” raketlərinin, həmçinin ballistik raketlərin vurulması üçün istifadə olunan SM-3 zenit raketlərinin sayının azalması ilə bağlıdır.

Baxış sayı: 2 943

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə