İranda qızlar üçün ibtidai məktəbə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı kəskin şəkildə artıb.


“ARHD.AZ” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, ölkənin cənubundakı Hörmüzqan əyalətinin Minab rayonunda yerləşən məktəbə hücum nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.


Hadisə zamanı daha 48 nəfərin yaralandığı bildirilir.


Qeyd edək ki, ilkin məlumatlarda məktəbdə 5 şagirdin öldüyü bildirilirdi. Lakin dağıntılar altından yeni cəsədlərin çıxarılması ilə tələfatın sayı artıb.


Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan edib.

Baxış sayı: 2 957

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə